İşçiləri ixtisara salmamışıq – AZAL rəsmisi

17:49 - 11.06.2020


11 iyun, Fineko/abc.az. 2019-cu ildə Heydər Əliyev adına Hava Limanı 4 milyon 740 min sərnişinə xidmət edib.

ABC.AZ-ın qafqazinfo-ya istinadən məlumatına görə, bunu AZAL-ın vitse-prezidenti Eldar Hacıyev Operativ Qərərgahdakı brifinqdə deyib.

O bildirib ki, 2020-ci il başlayandan bu günədək olan məlumata görə, 760 min sərnişinə xidmət göstərilib: “İyunun sonuna kimi 2 milyon sərnişinə xidmət etmək nəzərdə tutulmuşdu. Burada fərqi və ziyanı görmək olur. Dövlət AZAL-a maddi yardım edir. Əməkdaşlar maaşlarını vaxtlı-vaxtında alıblar. Biz bir nəfər də olsun işçini ixtisara salmamışıq”.