15:47 - 11.06.2020
11 İyun, Fineko/abc.az. Azərbaycan Dəmir Yolları güclənldirilmiş karantin günlərində elektrik qatarlarının fəaliyyətini dayandıracağfını bildirib.
Qurumdan ABC.AZ-a verilən məlumata görə, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarları iki gün hərəkətdə olmayacaq.
"Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, iyunun 14-ü və 15-də Bakı-Sumqayıt-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti dayandırılacaq. İyunun 16-dan qatarların cari qrafik əsasında Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkəti bərpa olunacaq" deyə məlumatda bildirilir.
Müəllif: Elmir Murad
13 Avqust 2026
13 Avqust 2026