Bu Bank 6 ayda 3 filial açacaq

10:38 - 8.06.2020


8 iyun, Fineko/abc.az. "Ziraat Bank Azərbaycan" ASC 2020-ci ilin sonuna kimi 3 yeni filial açmağı,  2021-ci ildə isə filial şəbəkəsini 3 dəfəyə yaxın artırmaq niyyətindədir. 

ABC.AZ Bankda istinadən xəbər verir ki, bu yaxınlarda istifadəyə veriləcək yeni filial artıq istifadəyə tam hazırdır və bu il açılacaq iki yeni filialda isə təmir işləri davam edir.

Qeyd edək ki, "Ziraat Bank Azərbaycan" ASC-nin hazırda ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən 4 filialı var.

Müəllif: Elmir Murad