Türkiyəyə gedən turistlər karantinə salınmayacaq – Səfirlikdən açıqlama

14:49 - 3.06.2020


3 iyun, Fineko/abc.az. Sərhədlər açılan kimi, Azərbaycan vətəndaşları həm tibbi turizm, həm iş, həm də istirahət məqsədilə Türkiyəyə gedə biləcəklər.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Sərhədlər açıldıqdan və uçuşlar bərpa olunduqdan sonra Türkiyəyə gedərkən karantinə salınmaq zərurəti olmayacaq, ancaq virusa qarşı mübarizə üzrə lazımi tədbirlər görüləcək”, - diplomatik nümayəndəlikdən bildirilib.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin milli aviadaşıyıcısı olan “Türk Hava Yolları” (THY) şirkəti İstanbul-Bakı-İstanbul reysinin bərpa edilməsi ilə bağlı planlarını açıqlayıb.

Müəllif: Elmir Murad