17:24 - 31.05.2020
31 may, Fineko/abc.az. Aparılan təmir-tikinti işləri ilə əlaqədar Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev prospektində iyunun 1-i səhər saatlarından hərəkət qısa müddət ərzində məhdudlaşdırılacaq.
ABC.AZ xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, sürücülər hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.
Müəllif: Elmir Murad
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
1 Oktyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026
29 Sentyabr 2026