11:15 - 14.05.2020
14 may, Fineko/abc.az. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğınla bağlı müşavirəsi keçirilib.
Nazirlikdən ABC.AZ-a daxil olan məlumata görə, əvvəlcə, müşavirədə DYMX-nin rəis müavini polkovnik Rza Xudiyev mayın “EuroHome” tikinti materialları bazarında baş vermiş hadisə mürəkkəb yanğınlar kateqoriyasına aiddir.
O qeyd edib ki, bu yanğının söndürülməsi işi təlimata uyğun şəkildə təşkil edilib, ziyanın minimuma endirilməsi məqsədilə bütün mümkün tədbirlər görülüb.
Müşavirəyə yekun vuran Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev “EuroHome” tikinti materialları bazarındakı müqavilə əsasında yanğından mühafizəsi təşkil edilən obyektlərdə profilaktik tədbirlərin yerinə yetirilməsi və s. istiqamətlərlə bağlı müvafiq tapşırıqlar verib.
Müəllif: Elmir Murad
30 İyul 2026
28 İyul 2026