14:20 - 13.05.2020
13 may, Fineko/abc.az. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq birgə əməliyyat həyata keçirib.
ABC.AZ DTX-nin rəsmi saytına istinadən xəbər verir ki, adları çəkilən qurumlar tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.
"Hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
Müəllif: Elmir Murad