15:46 - 5.05.2020
5 may, Fineko/abc.az. Mayın 5-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Ümid” yatağındakı “Ümid-1” platformasında olub, burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxış keçirib və yeni quyunun qazılmasına start verilib.
ABC.AZ SOCAR-a istinadən xəbər verir ki, şirkət rəhbərinə “Ümid” yatağından hasilatın tezləşdirilməsi üçün Ümid -1 platformasından əlavə 2 quyu qazılacağı bildirilib.
Yeni quyuların qazılması ilə əlaqədar platformada yenidənqurma işləri aparılıb, istehsal gücü artırılıb, qaz hasilatının gündəlik 2,4 mln. kubmetrdən 6,6 mln. kubmetrə qədər çatdırılması planlaşdırılıb.
SOCAR prezidentinin iştirakı ilə “Ümid-1” platformasında yeni hasilat quyusunun qazılmasına start verilib. Quyunun layihə dərinliyi 6 270 metr, hasilatı isə gündəlik 1,5-2 mln. kubmetr qaz həcmində planlaşdırılır. Quyu istismara verildikdən sonra “Ümid” yatağından qaz hasilatının gündəlik 3-3,5 mln. kubmetrdən 4,5-5 mln. kubmetrədək artırılması gözlənilir.
Müəllif: Elmir Murad
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
30 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026