10:08 - 4.05.2020
4 may, Fineko/abc.az. Xüsusi karantin rejiminin pozulmasına görə 03.05.2020-ci il saat 00:00-dan 04.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 049 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
ABC.AZ Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47 477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
28 İyul 2026
28 İyul 2026
27 İyul 2026