10:58 - 1.05.2020
1 may, Fineko/abc.az. Nazirlik 100 min şəxs üçün birdəfəlik ödəniş vəsaitini köçürüb.
ABC.AZ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul şəxslərdən ibarət daha 100 min aztəminatlı üçün birdəfəlik vəsait (190 manat) aidiyyəti üzrə bank və poçt filallarına köçürülüb.
Qeyd edək ki, aprelin 9-dan birdəfəlik ödənişlərin verilməsinə başlanıb. Artıq birdəfəlik ödəmə vəsaiti köçürülənlərin sayı 500 minə çatıb. Hazırda ödənilən maliyyənin ümumi məbləği 95 milyon manatdır.
Müəllif: Elmir Murad