Ölkədə 38 nəfər koronavirus infeksiyasına yoluxub, 79 nəfər isə sağalıb

18:08 - 20.04.2020


20 aprel, Fineko/abc.az.   Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 79 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunur ki, hazırda 1436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 791 nəfər müalicə olunaraq sağalmış, 19 nəfər vəfat etmiş, 626 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.