17:52 - 17.04.2020
17 aprel, Fineko /abc.az. Çalışacağıq ki, bu ayın sonu-mayın əvvəlində 190 manatı 600 min insanın hər biri ala bilsin.
ABC.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir vətəndaşların vəsaiti götürməsinə də toxunub. S.Babayev qeyd edib ki, gün ərzində ödəniş həddindən artıq çox olanda istənilən şəkildə bank və poçt şöbələrində vətəndaşların müraciəti və sıxlığı yarana bilər: "Ona görə bunu aidiyyəti dövlət qurumu ilə tənzimləməyə çalışdıq. Bu gün əsas yük poçt şöbələrinin üzərinə düşüb. Ən gec mayın ilk həftəsinə qədər bütün vəsaitlər vətəndaşlara çatdırılacaq. İkinci ödənişin də böyük hissəsi də köçürmə yolu ilə həyata keçsə işlər daha sürətli ola bilər”.
Müəllif: Elmir Murad
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026