Bu qədər şəxsə 190 manat verməkdən imtina olunub - Rəqəmlər

14:28 - 16.04.2020


16 aprel, Fineko/abc.az. Azərbaycanda 20 min şəxs birdəfəlik ödəmədən kənarda qalıb.

Bu qədər rəqəm həmin şəsxlərin hazırda işsiz olmadığl müəyyən edildikdən sonra ortaya çıxıb.  

ABC.AZ xəbər verir ki, onlara birdəfəlik ödəmə verilməsindən imtina olunmasına dair SMS göndərilib.

Qeyd edək ki, birdəfəlik ödəmə işsiz şəxslər üçün nəzərdə tutulub. Məqsəd dövlət tərəfindən onların rifahına dəstəyin göstərilməsidir. Bununla belə, işləyən, əməkhaqqı alan bir çox şəxslərin də özünü işsiz kimi qeydiyyatdan keçirmək və birdəfəlik ödəmə proqramından yararlanmaq üçün müraciətlər etmələrinin şahidi oluruq.

Müəllif: Elmir Murad