10:42 - 16.04.2020
16 aprel, Fineko/abc.az. Azərbaycanda idxal və ixracla məşğul olan şirkətlərin sayı artıb.
ABC.AZ xəbər verir ki, bu Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub. Belə ki, hesabatda xarici iqtisadi fəaliyyət (XİF) iştirakçılarının sayının artdığı bildirilib.
Sözügedən dövrdə idxal və ixrac fəaliyyəti ilə 19 min 761 şəxs məşğul olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 min 23 şəxs çoxdur.
2020-ci ilin 1-ci rübündə idxal və ixrac fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin sayı 2019-cu ilin 1-ci rübü ilə müqayisədə 453 şəxs artaraq 5 min 260 şəxs, fiziki şəxslərin sayı isə 7 min 570 şəxs artaraq 19 min 761 şəxs təşkil edib.
2019-cu ildə xarici ticarət iştirakçılarının sayı 44 min 554 şəxs, o cümlədən hüquqi şəxslərin sayı 8 min 888 şəxs, fiziki şəxslərin sayı 35 min 666 şəxs təşkil etmişdi.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026