Ölkədə daha 50 nəfər koronavirusa yoluxub, 39 nəfər isə sağalıb – Rəsmi

19:15 - 13.04.2020


13 aprel, Fineko/abc.az. Azərbaycanda 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, bir nəfər vəfat etmiş, 39 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Bu barədə ABC.AZ-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunur ki, hazırkı dövrədək ölkədə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 289 nəfəri müalicə olunaraq sağalmış, 12 nəfər vəfat etmiş, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.