17:50 - 13.04.2020
13 aprel, Fineko/abc.az. Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti onlayn iclası keçirilib.
ABC.AZ-ın məlumatına görə, iclasda komitə sədri Tahir Mirkişili “Nağdsız hesablaşmalar haqqında” Qanununa təklif olunan dəyişiklikdən danışıb. Millğt vəkili bildirib ki, dəyişiklik kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki-hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərə gündəlik ödənişin nağd qaydada verilə bilməsini nəzərdə tutur.
T. Mirikişili qeyd edib ki, bu ödənişin yuxarı həddi 20 manat məbləğində müəyyən edilir. "Qanun layihəsi işə cəlb olunanların uçotunun dürüstləşdirilməsinə və sosial müdafiəsinin təmin olunmasına imkan yaradır" deyə deputat əlavə edib.
Müəllif: Elmir Murad
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026