10:33 - 8.01.2018
8 yanvar, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) yeni Binəqədi nəqliyyat mübadilə mərkəzinin yaradılması üzrə işləri yekunlaşdırır.
BNA-dən xəbər verildiyi kimi, metronun “Dərnəgül” stansiyasının yaxınlığında yerləşən yeni nəqliyyat mübadilə mərkəzi yanvarın 13-də istismara veriləcək.
Mübadilə mərkəzinin ərazisində 12 marşrut üzrə hərəkət edən 112 avtobusun xidmətinin təşkili planlaşdırılır, həmçinin taksi dayanacaqları quraşdırılmışdır. Mübadilə mərkəzinin istismara verilməsindən sonra, “Azadlıq prospekti” metro stansiyasına qədər hərəkət edən şəhərətrafı marşrutların sonuncu dayanacağı yeni Binəqədi nəqliyyat mübadilə mərkəzi olacaq. Məqsəd – həmin ərazidə xaotik hərəkətin və sıxlığın aradan qaldırılmasıdır.
16 Sentyabr 2026
16 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
15 Sentyabr 2026