15:38 - 5.01.2018
5 yanvar, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (AZAL) QSC, reyslərə qeydiyyat prosesinə yeni qaydalar daxil edir.
AZAL-dan verilən məlumata əsasən, yeni qaydalar yanvarın 15-dən qüvvəyə minəcək.
“Yeni qaydalara əsasən, ölkənin bütün hava limanlarında AZAL-ın bütün reyslərinə qeydiyyat, uçuşa 3 saat qalmış açılacaq və uçuşa 60 dəqiqə qalmış bağlanacaq”, - aviaşirkətdən belə deyildi.
Hal-hazırda qeydiyyat, uçuşa 2 saat qalmış başlanır və 40 dəqiqə qalmış bağlanır .
27 İyul 2026