10:08 - 30.03.2020
30 mart, Fineko/abc.az. Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkədəki soydaşlarımızla bağlı məlumat yayıb.
ABC.AZ məlumata istinadən xəbər verir ki, səfirlik Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunduğu kimi, ilk növbədə, xüsusi ehtiyac duyan vətəndaşların Azərbaycana geri qayıtmasının təmin edilməsi daxil olmaqla müvafiq tibbi ləvazimatların əldə edilməsi, təcrübə mübadiləsinin aparılması, Türkiyə daxilində vətəndaşlarımız üçün inzibati və lojistik məsələlərin həlli və digər istiqamətlərdə gücləndirilmiş rejimdə fəaliyyət göstərib.
Eyni zamanda Bolqarıstan-Türkiyə sərhədində Türkiyəyə girişləri qadağan olan ölkələrdən gələn soydaşlarımızın bu ölkəyə keçidini təmin etmək üçün ilk olaraq sərhəddə qalan 28 azərbaycanlının sərhədi keçməsinə nail olunub, daha sonra neytral zonada qalan 14 vətəndaşımızdan 11-nin Bolqarıstana keçməsinə şərait yaradılıb, sərhəddə qalan digər 3 vətəndaşımızın isə Türkiyə ərazisində iki gün karantində qalmaqla sərhədi keçməsi təmin edilib.
Müəllif: Elmir Murad
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026