15:46 - 6.03.2020
6 mart, Fineko/abc.az. Bakıda daha yolda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
ABC.AZ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, Nəsimi rayonu, 28 May küçəsində dəmir yolu körpüsünün sökülməsi ilə əlaqədar sözügedən küçənin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Prosedur martın 7-dən 8-nə keçən gecədən etibarən ayın 9-u axşam saatlarına qədər tətbiq ediləcək.
Müəllif: Elmir Murad