16:36 - 2.03.2020
2 mart, Fineko/abc.az. Azərbaycanda internetdən istifadə ednələrin sayı açıqlanıb.
ABC.AZ xəbər verir ki, internetdən istifadə edənlərin sayı barədə Bakıda keçirilən "Kibertəhlükəsizlik konfransı"nda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.
O qeyd edib ki, hazırda Azərbaycanda rəqəmli informasiya texnologiyalarının inkişafı sürətlə gedir: “Fiber-optik LTE şəbəkəsi genişlənir. 5G-yə keçid üzrə hazırlıq işləri aparılır, sınaq keçirilir. Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bütün bunlar ölkəmizin kiber məkanının təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasını şərtləndirir”.
Müəllif: Elmir Murad
8 Avqust 2026
8 Avqust 2026