“Qala Həyat Sığorta” sığorta şirkətində struktur dəyişiklikləri edilib

17:33 - 28.12.2017


28 dekabr, Fineko/abc.az.  “Qala Həyat Sığorta” ASC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

Şirkətdən verilən məlumata görə, Direktorlar Şurasının qərarı ilə bu vəzifəyə Natiq Həsənov təyin edilib.

Daha öncə Natiq Həsənov Təftiş Komissiyasının üzvü  olmuşdur.