16:00 - 28.12.2017
28 dekabr, Fineko/abc.az. Azərbaycan və Belarus, Belarusun dəmir yolu xəttinin "Şimal-Cənub" layihəsinə qoşulması ilə əlaqədar bir sıra danışıqlar aparıb.
Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib ki, ölkə həmçinin “Bakı-Tbilisi-Qars” dəmir yoluna qoşulmaqda maraqlıdır.
"Azərbaycan ciddi haba çevrilir. Avropa istiqamətində hab olan Belarus da bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Böyük nəqliyyat yolu - Böyük İpək Yolu vasitəsilə Belarusdan üç min konteyner qatarı keçib, gələn il bu sayı 1,5 dəfə artırmaq nəzərdə tutulub”, - bunu səfir deyib.
Onun sözlərinə görə, Belarus öz məhsullarını İrana Xəzər dənizi vasitəsilə çatdırır, lakin "Şimal-Cənub" layihəsinə qoşulmaqla çatdırmaları dəmir yolu vasitəsilə də həyata keçirmək mümkün olacaq.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026