10:53 - 10.02.2020
10 fevral, Fineko/abc.az. “BakuBus” MMC nəqliyyat vasitələrində təmir işləri üçün dəmirçi, bərpa və digər xidmətlərin satınalınması üzrə tender keçirir.
Tenderdə iştirak haqqı 500 manatdır.
Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 04.03.2020 11:00 qədər , tender təklifini və bank təminatını isə 12.03.2020 11:00 qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.
Zərflərin açılışı 13.03.2020 11:00-da həyata keçiriləcək.
Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Əlaqələndirici şəxs : Ramiq Zeynalov
Telefon: (994 12) 404-11-10
Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ-Hövsan yolu 1-ci km “1”