12:31 - 6.02.2020
6 fevral, Fineko/abc.az. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tender elan edir.
Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 1512 şagird yerlik məktəbin tikintisi üzrə tender keçirir. Tenderdə iştirak haqqı 700 manatdır.
Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 19.02.2020 15:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 03.03.2020 18:00 qədər təqdim etməlidirlər.
Təkliflərin açılışı isə 04.03.2020 16:00 tarixində aparılacaq.
Əlaqələndirici şəxs : Aygun Hüseynova
Telefon: (994 12) 431 87 03
Ünvan: Bakı, Tbilisi prospekti, 57D
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026