15:17 - 3.02.2020
3 fevral, Fineko/abc.az. “MİDA” MMC Gəncə şəhərində, Azərbaycan Bayrağı küçəsindəki 6,23 ha ərazidə yaşayış kompleksinin tikintisi ilə əalqədar açıq tender keçirir. Tender 5 Lotdan ibarədir.
Lot-1 – 8 və 9 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi, Tenderdə iştirak haqqı 600 manatdır.
Lot-2 – 13 nömrəli 9 mərtəbəli 2 bloklu, 14 və 15 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisi, Tenderdə iştirak haqqı 900 manatdır.
Lot-3 – 16 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binasının, 19 nömrəli 125 yerlik uşaq bağçası və körpələr evinin və 42 nömrəli qeyri-yaşayış binasının tikintisi, Tenderdə iştirak haqqı 600 manatdır.
Lot-4 – 17 və 18 nömrəli 9 mərtəbəli 2 bloklu yaşayış binalarının tikintisi, Tenderdə iştirak haqqı 600 manatdır.
Lot-5 – Sahəxarici və sahədaxili elektrik enerjisi təminatı, Tenderdə iştirak haqqı 600 manatdır.
Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 06.03.2020 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 16.03.2020 17:00 qədər təqdim etməlidirlər.
İddiaçıların təkliflərinin açılışı 17.03.2020 15:00 tarixində aparılacaq.
Ünvan: Bakı, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z
Əlaqələndirici şəxs : Vəliyev Zahid
Telefon : (+99412) 594-54-01
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026