16:33 - 26.12.2019
26 dekabr, Fineko/abc.az. “Azsığorta” ASC-nin Direktorlar Şurasına yeni təyinat olub.
ABC.AZ xəbər verir ki, Abid Mamedov “Azsığorta”nın Direktorlar Şurasının üzvü seçilib. Abid Mamedov geridə qoyduğumuz noyabr ayında “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru vəzifəsindən azad edilərək maliyyə qurumunun Müşahidə Şurasının sədri təyin edilib, həmçinin bu vəzifəsində çalışır.
Abid Mamedov indiki iş yerindən əvvəl 8 il maliyyə sektorunda çalışıb, bunun 5 ilini dünya maliyyə sektorunun liderlərindən biri olan “Bloomberg” şirkətinin MDB ölkələri üzrə müştəri xidmətləri direktoru olub.
Qeyd edək ki, “Azsığorta”nın Direktorlar Şurasına Viladi Maniyev sədrilik edir.
Müəllif: Elmir Murad
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026