14:41 - 25.12.2019
25 dekabr, Fineko/abc.az. Bakıda bir neçə marşrut xətt avtobusu səhərə qədər işləyəcək.
ABC.AZ Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) istinadən xəbər verir ki, gücləndirilmiş iş rejimi ilə əlaqədar dekabrın 31-dən 1-nə keçən gecə 501, 502, 503, 525, 533, 553, 592, 596 saylı marşrut xətləri üzrə hər xəttə uyğun bir əlavə avtobus səhərə qədər sərnişinlərin xidmətində olacaq: “Sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacaqları təqdirdə 012-566-52-58 qaynar xəttinə zəng edib məlumat versinlər”.
Müəllif: Elmir Murad
4 Avqust 2026
4 Avqust 2026