Dövlət büdcəsinin gəlirləri açıqlanıb - 957 milyonluq qalıq var

14:46 - 18.12.2019


18 dekabr, Fineko/abc.az. Azərbaycanın dövlət büdcəsində 957 milyon manat qalıq yaranıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 21.132,2 milyon manat, xərcləri isə 20.175,3 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6 faiz və 2,6 faiz çoxdur.

Qeyd edək ki, nəticədə, büdcədə 956 milyon 900 min manatlıq qalıq yaranıb.

Müəllif: Elmir Murad