14:21 - 18.12.2019
18 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr ayları üçün Azərbaycan əhalisinin gəlirləri açıqlanıb.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə əhalinin nominal gəlirləri 50.845,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz çoxdur. Qeyd edək ki, son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 6,4 faiz artaraq 5.135,2 manata çatıb.
Müəllif: Elmir Murad
10 Avqust 2026