10:52 - 18.12.2019
18 dekabr, Fineko/abc.az. 2017-ci ildə cəmi xarici borca xidmət dövlət büdcəsinin xərclərinin 11 faizini təşkil etdiyi halda, 2025-ci ildə bu hədd 6,2 faizə endiriləcək.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı prezidentin təsdiq etdiyi 2020-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu şərh edərkən deyib.
O qeyd edib ki, prioritet layihələrimiz maliyyələşdirildikdən sonra xarici dövlət borcunun ÜDM-ə nisbəti ən yuxarı həddə çataraq geri dönməyə başlayıb. V.Qasımlının sözlərinə görə, növbəti illərdə mövcud xarici dövlət borcunun azalması, cəlb olunan yeni borclardan çox olacaq və tədricən xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ildə 12,0 faizə endiriləcək: “Azərbaycan xarici borcun ÜDM-ə nisbətinə görə dünyada ən yaxşı vəziyyətdə olan ölkələrin sırasındadır. Hazırda strateji valyuta ehtiyatlarımız xarici borcu 6 dəfə üstələyir. Xarici borcun məzənnə, faiz, təkrar maliyyələşmə və əməliyyat riskləri təhlil olunur ki, təhdidlər yaranmasın. “Fitch”, “Moodys” və “Standart Poors” agentliklərinin Azərbaycan üçün müəyyən etdiyi kredit reytinqləri əlverişli şərtlərlə kreditlərin cəlb olunmasını zəmin yaradır. Lakin prezidentin mövqeyi belədir ki, Azərbaycanın onsuz da az olan xarici dövlət borcu daha da azaldılmalıdır. Azərbaycanda daxili dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti isə heç vaxt 1 faizə çatmayıb və gələcək illərdə də bu tendensiya qorunacaq”.
Müəllif: Elmir Murad
12 Avqust 2026
11 Avqust 2026
10 Avqust 2026