Bu zavod nizamnamə kapitalını azaldır – 633 min 980 manat

16:19 - 17.12.2019


17 dekabr, Fineko/abc.az. Milli Elmlər Akademiyasına məxsus “Təcrübə-Sənaye Zavodu” MMC nizamnamə kapitalını 251 904 manat və yaxud 28,45% azaldaraq 885 884 manatdan 633 980 manata endirdiyini elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetində qeyd olunub.

Qeyd edək ki, sözügedən zavod 1997-ci ildən, Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində fəaliyyət göstərir.

Müəllif: Elmir Murad