Vergi qanunvericiliyi elə qurulub ki, iri sahibkarlıq həmişə dəstəklənir - Nazirlik rəsmisi

13:42 - 17.12.2019


17 dekabr, Fineko/abc.az.  Kölgə iqtisadiyyatının qarşısını almaq üçün çox ciddi işlər görürük.

ABC.AZ xəbır verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetində “Sahibkarlığın inkişafında vergi siyasəti: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” adlı dəyirmi masada Vergilər Nazirliyinin Baş İdarə Rəisi Samirə Musayeva deyib.

Onun sözlərinə görə, ölkədə kiçik və orta sahibkarlıq dəstəklənir, bununla yanaşı iri sahibkarlıq da unudulmur: "Vergi qanunvericiliyi elə qurulub ki, iri sahibkarlıq həmişə dəstəklənir. Sənayeləşmədə iştirak edın bütün sahibkarlara dəstək verilir. Ölkəyə investisiya qoymaq üçün xarici investorları məlumatlandırmaq məqsədi ilə bir sıra vasitələrdən istifadə edirik. Məsələn xarici media saytlarında, televiziyalarda və bizim xarici ölkələrdəki səfirliklərimizdə Azərbaycana investiya qoyulmasının yollarını aşılayırıq". Vergilər nazirliyinin rəsmisi inzibatçılğın sadələşdirilməsinə də toxunub. "Ümumiyyətlə onlayn yaradılan platformadan istifadə etməklə malların, işlərin elektron formada aparılması sahibkarların vaxt qənaətinə gətirib çıxaracaq. Elektron qaimə sisteminin və digər əməliyyatların elektronlaşdırılması sahibkarlara kömək xarakteri daşıyır" deyə Samirə Musayeva vurğulayıb.

 

 Müəllif: Elmir Murad