Vergi siyasətinə dair dəyirmi masa keçirildi - Bakıda

12:47 - 17.12.2019


17 dekabr, Fineko/abc.az.  Azərbaycan Dövlət İqtisad Universitetində “Sahibkarlığın inkişafında vergi siyasəti: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” adlı dəyirmi masa keçirilib.

 ABC.AZ xəbər verirmki, Vergilər, İqtisadiyyat Nazirliyi, Milli Məclis, biznes nümayəndələri və elm adamlarının qatıldığı tədbir Dövlət İqtisad Universitetinin Elmi fəaliyyətin idarə olunması departamentinin və “Carlsberg Azerbaijan” şirkətinin dəstəyi ilə reallaşdırılıb.

Tədbirdə “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Vyaçeslav Malçev çıxış edib. V.Malçev təmsil etdiyi “Carlsberg Group”un Azərbaycan hökümətinin bizneslə əməkdaşlıq sahəsində atdığı addımları yüksək qiymətləndirdiyini və bu addımların dövlət-özəl sektor arasında səmərəli əməkdaşlığın yalnız başlanğıcı olduğunu vurğulayıb.

Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov dövlət və özəl sektor arasında dialoqun beynəlxalq təcrübəsindən danışıb.

Tədbir Azərbaycanda iqtisadiyyatın  və biznesinin inkişafında dayanıqlı inkişafın əsasını qoyacaq  yeni platformanın əsası qismində çıxış edib.

 

 Müəllif: Elmir Murad