12:17 - 21.12.2017
21 dekabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və “Total” şirkəti əməkdaşlıq perspektivlərini müzakirə etdilər.
ARDNŞ-nin məlumatında deyilir ki, şirkətin prezidenti Rövnəq Abdullayev Fransanın “Total” şirkətlər qrupunun Cənubi Avropa və Xəzər regionu üzrə vitse-prezidenti Bernard Klementi qəbul edib.
“Görüşdə Azərbaycanla gələcək əməkdaşlıq imkanları, o cümlədən “Abşeron” qaz-kondensat yatağının işlənməsi perspektivləri barədə fikir mübadiləsi aparılmışdır”, - məlumatda belə deyilir.
Total” 2011-ci ilin sentyabrında “Abşeron” yatağında 326 mlrd. kubmetr qaz və 108 mln. ton kondensat olduğunu təsdiqləyib.
30 İyul 2026