14:28 - 14.11.2019
14 noyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda neft istehsalı 3,3 % azalıb, əmtəəlik qaz hasilatı isə 27,8 % artıb.
Qeyd olunur ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-oktyabr aylarında 38,1 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 % çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 70,3 %-i mədənçıxarma sektorunda, 4,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı 3,3 % azalıb, əmtəəlik qaz istehsalı 27,8 % artıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,4 % çoxalıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026