11:10 - 8.11.2019
8 noyabr, Fineko/abc.az. Vergilər Nazirliyi minik avtomobillərinin (Hyundai,Kia) satın alınması üzrə tender elan edir.
Tenderdə iştirak haqqı 300 manatdır.
Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 29 noyabr 2019-cu il saat 15.00-a , tender təklifini isə 09 dekabr 2019-cu il saat 18.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az vasitəsilə təqdim etməlidirlər.
Zərflərin açılışı 10 dekabr 2019-cu il saat 15.00-da həyata keçiriləcək.
Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.
Açıq tenderin elektron şərtlər toplusunu 07.11.2019 18:00 tarixindən sonra əldə etmək olar.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026