16:25 - 4.10.2019
4 oktyabr, Fineko/abc.az. Oktyabrın 4-də şirkəti SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin baş vitse-prezidenti xanım Karri Lokhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
SOCAR-dan verilən məlumata görə, görüşdə “Qarabağ” yatağının işlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə edilib. “Qarabağ” yatağında istifadəsi nəzərdə tutulmuş qurğu və platformada yekun işlərin görüldüyü, bu yaxınlarda istismara veriləcəyi bildirilib.
Görüşdə, həmçinin “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”, “Dan Ulduzu”, “Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi” ilə bağlı fikir mübadiləsi aparılıb, SOCAR-ın rəhbərliyi müxtəlif layihələrdə “Equinor” şirkəti ilə əməkdaşlığın perspektivli olduğunu bildirib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026