Cari ildə alkoqollu və alkoqolsuz içkilərin ixracı 2 dəfə artıb

17:10 - 27.09.2019


27 sentyabr, Fineko/abc.az. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-avqust aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 2 dəfə atıb.

ABC.AZ xəbər veirirki bu barədə “İxrac İcmalı”nın sentyabr sayında göstərilib.

Ötən ilin səkkiz ayı ilə müqayisədə həmçinin kimya sənayesi məhsullarının ixracı 68,7 %, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 51,3 %, pambıq lifinin ixracı 49,4 %, pambıq ipliyinin ixracı 40,3 %, şəkər ixracı 15,5%, meyvə-tərəvəzin ixracı 14,5 % artıb.