13:52 - 8.12.2017
8 dekabr, Fineko/abc.az. İrəlidəki 3-4 il ərzində 300 mövcud peşə standartının yenilənməsi, 500-dən çox yeni peşə standartının hazırlanması gözlənilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyir ki, 2016-cı ilin əvvəlindən 61 adda peşə standartının layihəsi hazırlanıb.
“Yaxın 3-4 il ərzində 300 mövcud peşə standartının yenilənməsi, 500-dən çox yeni peşə standartının hazırlanması planlaşdırılır”, - deyə Səlim Müslümov bildirib.
Onun sözlərinə görə, “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.