17:06 - 2.08.2019
2 avqust, Fineko/abc.az. Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə avqustun 10-13-də əlavə qatar təyin olunacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumat verib.
Bildirilib ki, Bakıdan avqustun 10-da 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və saat 11:55-də Gəncəyə çatacaq.
Avqustun 13-də Bakıdan və Gəncədən 704 nömrəli Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı iki istiqamətə təyin edilir. Qatar Bakıdan saat 07:40-da yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq, geriyə Gəncədən saat 18:30-da yola düşəcək və saat 22:45-də Bakıya çatacaq.