15:49 - 12.07.2019
12 iyul, Fineko/abc.az. Azərbaycan əhalisi 2019-cu ilin yanvar-iyun ayları ərzində pərakəndə ticarətdə 17 977,9 mln. manat məbləğində istehlak malları əldə edib.
Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, bu, 2018-ci ilin analoji dövrünün göstəricisindən 2,8% çoxdur.
2019-cu ilin birinci yarısında Azərbaycan əhalisi 8 944,9 mln. manat həcmində ərzaq məhsulları, içkilər və tütün məmulatı, 9 033 mln manat həcmində isə qeyri-ərzaq malları əldə edib.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsindəki xərclərinin 44,9% - i ərzaq məhsullarının, 4,9% - i içkilər və tütün məmulatlarının, 18% - i tekstil məhsullarının, geyim və ayaqqabıların, 5,9% - i elektrik cihazları və mebellərin, 5,5% - i avtomobil yanacağının, 1,3% - i əczaçılıq və tibb məhsullarının, 0,8% - i Kompüter, telekommunikasiya və çap avadanlığının, 18,7% - i isə digər qeyri-ərzaq məhsullarının payına düşüb.
2019-ci ilin yanvar – iyun aylarında əhalinin hər nəfərinə ərzaq, içki və tütün məmulatının alınması üçün xərcləri 150,9 manat, qeyri-ərzaq mallarının alınması üçün isə 152,3 manat təşkil edib.
30 İyul 2026
28 İyul 2026