11:42 - 11.07.2019
11 iyul, Fineko/abc.az. İyulun 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çinin İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə Rövnəq Abdullayev Çinin İpək Yolu Fondunun böyük investisiya imkanlarından danışmış və Azərbaycanda həyata keçirilən infrastruktur layihələri haqqında qonaqları məlumatlandırmış, gələcəkdə həyata keçiriləcək enerji layihələrində Çinlə əməkdaşlıq perspektivlərindən söz açmışdır.
İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjun Fondun müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etdiyini bildirərək, bu istiqamətdə Azərbaycanla da əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Fond rəhbəri SOCAR-ın fəaliyyətini yaxından izlədiklərini, şirkətin inkişaf konsepsiyası ilə tanış olduqlarını diqqətə çatdırmışdır.
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026