15:28 - 28.06.2019
28 iyun, Fineko/abc.az. Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Tovuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2019-cu il üçün açıq tender elan edir.
Tender 2 Lot üzrə keçirilir: Tovuz şəhəri küçələrinin abadlaşdırılması üçün küçə işıqlarının quraşdırılmasının satın alınması; Küçələrin işıqlandırılması üçün elektrik ləvazimatlarının satın alınması.
Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 31 iyul 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 8 avqust 2019-cu il saat 17.00-a qədər Tovuz Şəhər İƏD üzrə Nümayəndəliyinə (ünvan- Tovuz şəhəri, Şəhriyar küçəsi 3) təqdim etməlidirlər.
Əlaqələndirici şəxs- Əsgərov Vəfalı. Telefon: 5-45-61
30 İyul 2026
28 İyul 2026