17:09 - 21.06.2019
21 iyun, Fineko/abc.az. Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi aşağıdakı işlərin görülməsi və malların satın alınması məqsədilə açıq tender elan edir.
Tender 2 lot üzrə keçirilir: DİN-in Nəqliyyatda Baş Polis İdarəsində generatorların, qazanxana avadanlıqlarının, havalandırma və soyutma sistemlərinin texniki baxışı və təmiri işlərinin satın alınması; Dəftərxana və təsərrüfat mallarının satın alınması.
Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak üçün sənədləri 24 iyul 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2 avqust 2019-cu il saat 17.00-a qədər təqdim etməlidirlər.
Əlaqələndirici şəxs- Tunc Mətanət. Tel.: (994 50 ) 677 67 01. Ünvan: Bakı, Suraxanı rayonu, DİN-in Nəqliyyatda Baş Polis İdarəsi.
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026