14:55 - 29.11.2017
29 noyabr, Fineko/abc.az. 30 noyabr 2017-ci il tarixində Azərbaycan - Türkiyə - Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək.
Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, görüş, “Asiyanın Qəlbi” İstanbul Prosesi çərçivəsində 7-ci nazirlər konfransı çərçivəsində keçiriləcək.
“30 noyabr 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu və Pakistan İslam Respublikasının xarici işlər naziri Havaca Məhəmməd Asifin iştirakı ilə Azərbaycan - Türkiyə - Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək”, - deyə məlumatda qeyd edilir.
Görüşün sonunda mətbuat konfransı keçiriləcək.
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026