10:57 - 3.10.2017
“Bakı metropoliteni” QSC “Nizami” stansiyasının təmirini və restavrasiyasını yekunlaşdırıb.
QSC-nin məlumatında bildirildiyi kimi, stansiyanın təmiri və restavrasiyası üzrə işlər mərhələ şəklində aparılırdı və təxminən bir il davam edirdi.
Məlumatda deyilir: “İşlər, Bakı metropoliteni” QSC-nə məxsus olan vəsaitlər hesabına aparılırdı. Restavrasiya üzrə işlər, Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın milli və memarlıq surətinin qorunub saxlanılması ilə aparılırdı”.
Stansiya 31 dekabr 1976-cı ildə istismara verilib. Stansiyada istismarda olan eskalatorların yararlılıq müddəti 2025-ci ildə bitir və bu səbəbdən də onların yenilənməsi və stansiya vestibülünün təmiri həmin dövrə planlaşdırılıb.
16 Sentyabr 2026
16 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026