10:25 - 14.02.2019
14 fevral, Fineko/abc.az. “TourStat” Analitik agentliyi MDB şəhərləri arasında turistlərin üstünlük verdiyi ən romantik və görməli yerlərinin reytinqini təqdim etdi.
Agentliyin verdiyi məlumata görə, reytinq, 14 fevral - “Müqəddəs Valentin” günü ilə bağlı keçirilən onlayn sorğunun nəticələrinə əsaslanır.
“Minskdə Troitsk qəsəbəsi, Almatıdakı Kok-Tübe dağı, Astanada Bayterek abidəsi, Bakıda Qız qalası və Daşkənd televiziya qülləsi MDB ölkələrinin ən romantik yerlərinin ilk beşliyinə daxil olub”, - məlumatda belə deyilir.
“TourStat”ın məlumatına görə, MDB-nin ən romantik yerləri kimi verilən səslərTroitsk qəsəbəsi üçün 27%, Kok-Tübe dağı üçün 23%, Bayterek üçün 20%, Qız qalası üçün 15%, Daşkənd televiziyası qülləsi üçün isə 8% təşkil edib.
MDB ölkələrində romantik yerlərin ilk beşliyi:
1. Troitsk qəsəbəsi, Minsk (Belarus)
2. Kok Tübe, Almatı (Qazaxıstan)
3. Bayterek, Astana (Qazaxıstan)
4. Qız Qalası, Bakı (Azərbaycan)
5. Daşkənd televiziya qülləsi, Daşkənd (Özbəkistan)