09:57 - 30.01.2019
30 yanvar, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,41 dollar və yaxud 2,29% yüksəlib.
Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,89 dollar təşkil edir.
29 yanvar tarixində Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətdə, “WTI” markalı neftin mart ayının fyuçers qiyməti 1,32 dollar (2,54%) qalxaraq bir barelə 53,31 dollar təşkil etmişdir. Həmin vaxta Nyu-York Əmtəə Birjasında “WTI” markalı neftin mart ayının fyuçers qiyməti 0,19 dollar (0,36%) qalxaraq bir barelə 53,50 təşkil etmişdir.
“ICE” birjasında çərşənbə axşamı günü keçirilən ticarətin nəticəsində “Brent” markalı neftin mart ayının fyuçers qiyməti 1,39 dollar (2,32%) artaraq bir barelə 61,64 dollar təşkil etmişdir.
“Brent” və “WTI” markaları arasındakı qiymət fərqi bu gün 8,01 dollara bərabərdir.