17:50 - 25.01.2019
25 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində güclü küləyin olacağını xəbər verir.
Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Bakıda və Abşeronda yanvarın 27-də cənub-qərb küləyinin sürəti 15-18, arabir 20-25 m/s qədər güclənəcəyi gözlənilir.
“Yanvarın 28-i günün ikinci yarısından 29-u axşamadək isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir”, - deyə məlumatda qedy edilir.
Yanvarın 28-i gündüz, 29-da bəzi rayonlarda havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir. Yanvarın 27-29-da qərb küləyinin bəzi rayonlarda arabir 9-14 m/s, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
27 İyul 2026